"Fiorentina"nın hücumçusunun Azərbaycana gəlişi buna görə baş tutmayıb

15:49 - 4 Sentyabr 2022

Müqavilə ilə "Fiorentina"ya məxsus olan Aleksandr Kokorinin Azərbaycan Premyer Liqasında oynamaq ehtimalı olub.

Sportal.az saytına verilən məlumata görə, Florensiya klubunda istənilməyən hücumçunun icarəyə verilə biləcəyi ölkələr arasında Azərbaycan klubları da olub.

Lakin Kokorinin maliyyə şərtləri yüksək olduğundan onun ölkəmizə gəlişi birinci danışıqdan baş tutmayıb. Amma "Neftçi"nin bu mövsüm Konfrans Liqasındakı rəqibi olan "Aris" Kokorinin istədiyi məbləği verdiyindən forvard da Kiprə yollanıb.

31 yaşlı rusiyalı qarşıdakı mövsümü Limassol klubunda icarə əsasında çıxış edəcək. 2011-2017-ci illərdə Rusiya millisində oynamış hücumçu “Dinamo”, “Anji”, “Zenit”, “Soçi”, “Spartak” klublarında çıxış edib.

Xəbər xətti