"Qarabağ" hücum xəttini yeni futbolçu ilə gücləndirmək istəyir.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi "Trabzonspor"un forvardı Fode Koyta ilə maraqlanır. Bu barədə "61saat" nəşri məlumat yayıb.
Qvineyalı futbolçu ilə "Hatayspor" və "Giresunspor"un da maraqlanığı bildirilir. 31 yaşlı oyunçu özü Qara Dəniz təmsilçisindən ayrılmaq istəmir.
Qeyd edək ki, Fode Koyta "Trabzonspor"a 2021-ci ilin yayında "Kasımpaşa"dan transfer olunub. Təcrübəli hücumçu komandanın heyətində meydana çıxdığı 23 oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi