Yığmamızın sabiq üzvü klubunu dəyişdi, "Sabah" gəlir əldə etdi

18:53 - 5 Sentyabr 2022

Bu yay Azərbaycanın 21 yaşlılardan ibarət yığma komandasının sabiq üzvü Ozancan Kökçü "Telstar"dan "Eyndhoven"ə keçib.

Sportal.az saytına daxil olan məlumata görə, Kökçünün Niderlandda komandasını dəyişməsi "Sabah"a da qazan gətirib. 

Belə ki, "Sabah" bir il bundan əvvəl 23 yaşlı futbolçunu "Telstar"a buraxdıqda, futbolçunun növbəti satışından ümumi qazancın təxminən 20 faizini Bakı klubunun büdcəsinə köçürücəyinə razılaşdırmışdı. 

"Transfermarkt.de" portalına inansaq, "Eyndhoven" Kökçü üçün "Telstar"a 100 min avro ödəyib.

 

Xəbər xətti