"Sabah"dan ayrıldıqdan sonra hələ də klubsuz qalan Xulio Rodriqez Sportal.az saytına açıqlama verib.
Paraqvaylı futbolçu Masazır təmsilçisinin Azərbaycan Premyer Liqasındakı uğurlu çıxışı barədə danışıb.
31 yaşlı forvard sabiq komandasının çempionatda hazırda lider olması barədə bunları deyib: "Sabah"ın hazırda Premyer Liqada lider olması məni qətiyyən təəccübləndirmir. Çünki Murad Musayev çox yaxşı işləyir. O, hər zaman detallara diqqətlidi".
Xulio, öz istəyi ilə “Sabah”dan ayrılmadığını deyib: "Ötən mövsüm son turda "Qəbələ" ilə qarşılaşırdıq. Həmin oyundan öncə baş məşqçiyə komandada qalmaq istədiyimi bildirdim. Musayev də bunu istədiyini söylədi. Amma onu da bildirdi ki, bu, onun işi deyil. Elə həmin oyundan sonra artıq "Sabah"ın futbolçusu olmadığımı mənə bildirdilər. Baş məşqçini görmədim, mənə təşəkkür də etmədilər. Onlara uğurlar arzu edirəm".
Mirbağırağa