"Ev oyunlarımızı keçirmək üçün səfər komandası kimi ora-bura gedirik"

12:59 - 7 Sentyabr 2022

"Yaşar Vahabzadəyə uğurlar arzu edirəm. Əlbəttə ki, uğursuzluğu yalnız baş məşqçinin üzərinə atmaq olmaz. Hamının səhvi ola bilər. Yeni yığılmış kollektiv olanda komanda oyunu oynamaq çətin olur. Hazırda komanda yaxşı vəziyyətdədi. Tərlan Əhmədov yaxşı məşqçidi. Onu tanıyıram, tələbkar məşqçidi. İnanıram ki, bu durumdan çıxa biləcəyik, yeni baş məşqçimiz bizi bunu bu durumdan çıxara biləcək. O, komandanı bu durumdan necə çıxaracağını özü bilir. Hazırda futbolçular canla-başla məşq edir".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Kəpəz"in kapitanı Tural Axundov deyib.

Gəncə klubunun müdafiəçisi Premyer Liqanın 6-cı turunun "Turan Tovuz"a qarşı keçirəcəyi görüşü barədə bunları bildirib: "Qərb derbisi haqda məlumatım var. Çox yaxşı oyun olacaq. Çalışacağıq ki, qələbə qazanaq. Çünki hamımız bunu istəyirik. Birlikdə bunun öhdəsindən gələ bilərik".

Sonda isə "Kəpəz"in kapitanı ev oyunlarını Gəncədə deyil, neytral meydanda oynamaqlarını şərh edib: "Hamı istəyər ki, ev oyunlarını öz meydançasında oynasın. Biz ev oyunlarımızı keçirmək üçün səfər komandası kimi ora-bura gedirik. Bu isə yaxşı hal deyil. Allah qoysa, tez bir zamanda ev oyunlarımızı Gəncədə keçirərik. Çünki burada hər cür şərait var. Azarkeş dəstəyi də çox önəmlidi. Yəqin ki, tez bir zamanda qərar verərlər və biz də ev oyunlarımızı öz meydançamızda keçirərik"

Mirbağırağa

Xəbər xətti