"Qarabağ" Avropa Liqası qrup mərhələsinin ilk oyununda sabah səfərdə "Frayburq"un qonağı olacaq.
Sportal.az xəbər verir ki, matçdan öncə keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin sağ cinah müdafiəçisi Marko Veşoviç açıqlama verib:
- Sabahkı oyunu böyük həvəslə gözləyirik, matça hazırıq. Bilirik ki, "Frayburq" hazırda Bundeliqanın lideridir. Oyunlarını izləyib təhlil etmişik. Bizim təcrübəmiz var. Artıq bu mövsüm Avropada 8 matç oynamışıq. Təcrübəmiz sabah bizə kömək edəcək. Oyunun başlamasını gözləyirik.
- Komandada psixoloji ab-hava necədir?
- Psixoloji cəhətdən hazırıq. Bilir ki, "Frayburq" Avropanın TOP-5 liqalarından birinin lideridir. Bizə artıq motivasiya lazım deyil. Oyuna hazırıq.
saytlarin hazirlanmasi