"Qarabağ" qrup mərhələlərində: Beşinci səfər - FOTOLAR

17:09 - 8 Sentyabr 2022

"Qarabağ" bu gün növbəti dəfə avrokuboklarda qrup mərhələsində iştirakına start verəcək. Avropa Liqasında mübarizə aparacaq ağdamlılar indiyə qədər müxtəlif turnirlərdə ümumilikdə 8 dəfə ölkəmizi təmsil edib. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ilk dəfə bu uğuru 2014/2015 mövsümündə bacarıb. Maraqlıdır ki, ölkə çempionu indiyə qədər qruplardakı startın heç birindən qələbə ilə ayrıla bilməyib. Yeri gəlmişkən, "Qarabağ" 8 start oyunundan dördünü evdə, dördünü səfərdə başlayıb. Sportal.az oxuculara "Qarabağ"ın qrup mərhələlərindəki ilk oyununda qeydə alınan nəticələri təqdim edir:

2014/2015, Avropa Liqasının qrup mərhələsi

"Qarabağ"- "Sent-Etyen" 0:0


2015/2016, Avropa Liqasının qrup mərhələsi

"Tottenhem" – "Qarabağ" 3:1
Qollar:
Son 28, 30, Lamela 86 – Riçard Almeyda 7 (p)




2016/2017, Avropa Liqasının qrup mərhələsi

“Qarabağ” – “Slovan” 2:2
Qollar:
Miçel 7, Rəşad Sadıqov 90 – Sikora 1, Baroş 68




2017/2018

Çempionlar Liqasının qrup mərhələsi

“Çelsi” – “Qarabağ” 6:0
Qollar:
Pedro 5, Zappakosta 30, Aspilikueta 55, Bakayoko 71, Batşuayi 76, Maksim Medvedev(avtoqol) 82




2018/2019

Avropa Liqasının qrup mərhələsi

“Sportinq”(Lissabon) – “Qarabağ” 2:0
Qollar
: Rafinya 54, Kabral 88



2019/2020

Avropa Liqasının qrup mərhələsi

“Qarabağ” – “Sevilya” 0:3
Qollar
: Xavyer Hernandez 62, Munir 78, Oliver Torres 85



2020/2021

Avropa Liqasının qrup mərhələsi

“Makkabi”(Tel-Əviv) – “Qarabağ” 1:0
Qol:
Yonatan Kohen 10




2021/2022

Konfrans Liqasının qrup mərhələsi

“Qarabağ” – “Bazel” 0:0


 

Mirbağırağa

Xəbər xətti