"Qarabağ"a uğurlar arzulayıram. "Frayburq" hazırda Almaniya Bundesliqasının lideridi. Heyətində çox çönəmli futbolçular yer alıb. Çempionata da çox yaxşı başlayıblar, təcrübəli komandadı. "Qarabağ" bu matçı səfərdə oynayacaq. Ona görə də konsentrasiyalı, diqqətli oynamaq lazım gələcək".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Qarabağ"ın sabiq məşqçisi Mehmet Ak deyib.
Ağdam klubunun heyətində ölkə kubokuna sahib çıxmış türkiyəli mütəxəssis hazırda ölkəsində "Hekimoğlu Trabzon"un baş məşqçi postunda yer alıb. O, Azərbaycan çempionunun Avropa Liqasının qrup mərhələsin 1-ci turunun "Frayburq"la görüşü ilə bağlı ehtimallarından söz açıb:
"Frayburq" öz evində yaxşı və uğurlu oynayır. Bunu liqa matçlarında da göstərib. "Qarabağ" da Azərbaycan çempionatında dörd oyuna dörd qələbə qazanaraq gücünü nümayiş etdirib. Üstəlik, onların Çempionlar Liqasının təsnifat mərhələsində də uğurlu oyunlarını gördük. Əslində, "Frayburq"la müqayisədə "Qarabağ" avrokuboklarda daha çox təcrübəli görünür. Burada matç sayı da önəmlidi. Almaniya səfərində oynamaq çətindi.
"Qarabağ"ın yaxşı futbolçuları var. "Frayburq" avrokuboklarda daha təcrübəsizdi. Onlar evdə, azarkeşləri qarşısında daha yaxşı oynayan komandadı. Azərbaycan futbolu üçün "Qarabağ"ın qalib gəlməsini istəyirəm. Onlara uğurlar arzulayıram. Bütün azərbaycanlı futbolsevərlərə də salamlarımı çatdırıram".
Mirbağırağa