"Qarabağ"a keçəcəyi iddia edilən forvard "Trabzonspor" rəhbərliyindən xahiş etdi - FOTO

18:11 - 8 Sentyabr 2022

"Trabzonspor"dan ayrılaraq "Qarabağ"a keçəcəyi iddia edilən Fode Koita Türkiyədə qala bilər.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qvineyalı forvard Qaradəniz klubunun rəhbərliyi ilə danışıqlara başlayıb. O, rəhbərlikdən müqaviləsinə xitam verilməsi üçün xahiş edib.

Belə ki, 31 yaşlı hücumçunu "Kasımpaşa" və "Adana Dəmirspor" klubları heyətində görmək istəyir. Lakin hər iki klub onu azad agent kimi heyətinə qatmağa hazır olduğunu bildirib.

Afrikalı forvardın isə "Trabzonspor"la müqaviləsi 2024-cü il iyunun 30-da bitəcək. Dünən onun "Qarabağ"a keçəcəyi iddia edilsə də, Ağdam klubu bunu təkzib etmişdi. 

Bu arada forvard instaqram hesabında paylaşım edib. O, şəxsi hesabında fiziki məşq edərkən fotosunu paylaşaraq bunu yazıb: "Çalışmağa davam".




Mirbağırağa

 

Xəbər xətti