Ötən mövsümü "Kəpəz"in aparıcı futbolçularından olmuş Cavid İmamverdiyev mövsümönəsi Yaşar Vahabzadənin verdiyi qərarla Gəncə klubundan ayrılmaq məcburiyyətində qalmışdı.
Tərlan Əhmədovun baş məşqçi təyinatından sonra isə millimizin sabiq üzvünün yenidən komandaya cəlb olunacağı gündəmə gəlib.
Buna səbəb isə Əhmədovun yarımmüdafiəçini hələ "Neftçi"dən yaxşı tanımasıdı. Bu məsələ haqda İmamverdiyev özü Sportal.az saytına açıqlama verib:
"Bu barədə heç nə deyə bilmərəm. Kiməsə lazım olsam, yəqin ki, özləri axtarıb məni taparlar. Görək də necə olacaq. İndidən nəsə deyə bilməyəcəm".