Bu mövsüm ev oyunlarını Gəncədə deyil, Bakı və Qəbələdə keçirmiş "Kəpəz" şad xəbər alıb.
Sportal.az saytına verilən məlumata görə, uzun fasilədən sonra Premyer Liqaya qayıdan "Kəpəz"ə ev oyunlarını Gəncədə keçirməsi üçün icazə verilə bilər.
Gəncə şəhər stadionunun tribunalarının bir hissəsinin qəzalı vəziyyətdə olması səbəbindən komanda ev oyunlarını neytral meydanda keçirirdi. Böyük ehtimalla "Kəpəz" növbəti ev oyununu özü üçün doğma sayılan stadionda oynayacaq. Artıq stadiona baxış keçirilib və 90 faiz müsbət cavab verilib.
Komanda növbəti ev oyununu Premyer Liqanın 10-cu turunda "Neftçi"yə qarşı keçirəcək. Stadiona 5 minə yaxın azarkeşin buraxılacağı ehtimal edilir.