"Mahir "Çelsi"yə qarşı oynamayıbsa, bu, onun "Milan"a qarşı da oynamayacağı demək deyil"

18:22 - 10 Sentyabr 2022

"Dinamo"nun məşqçisi Marko Şarliya Sportal.az saytına açıqlama verib. 

Uzun illər Azərbaycanda, "Bakı"nın qapısını qorumuş xorvatiyalı "Dinamo"nun forvardı Mahir Emreli barədə danışıb. O, azərbaycanlı hücumçunun Çempionlar Liqasının birinci turunun "Dinamo" - "Çelsi" görüşündə şans görməməsindən söz açıb:

"Əslində, "Dinamo"nun "Çelsi"ni məğlub etməsi bizim üçün böyük sürpriz oldu. Çünki hamı "Dinamo"nun bu oyunda bir xal qazanmasına böyük iş kimi baxırdı. Ona görə də qələbə çox yaxşı nəticə kimi qarşılandı. Əslində, "Dinamo" "Çelsi"yə qarşı çox yaxşı oynadı, qələbəyə, üç xala layiq idi. 

Doğrudu, bu matçda Mahir meydana çıxmadı. Amma bu, "Milan" və ya qarşıdakı digər oyunlarda da oynamayacağı demək deyil. Sadəcə olaraq, Bruno Petkoviçin "Çelsi"yə qarşı oyunu əla alındı. Əlbəttə ki, Ante Çaçiç Mahirə şans verirsə, o, meydanda yaxşı işlər görməlidi. Qarşıda hələ çox oyun var. Xorvatiya çempionatının da oyununda özünü yaxşı göstərərsə, “Milan”a qarşı oynaya bilər.

Mahirə belə oyunlarda da şans vermək olar. Çaçiç  bu şansı ona tanıyır. Əslində, futbolçular "Çelsi" ilə matçda meydanda çox qaçdı, mübarizə yüksək idi. Ante Çaçiç dəyişikliklər də etdi. Bu dəfə onun dəyişiklikləri alındı, “Çelsi”ni uddular. Əsas odur komanda qalib gəldi. Bu isə hamı üçün əladı. Məşqlərə davam edərək öz şansını gözləməlisən. Oynamaq şansı gəldikdə isə, bundan maksimum yararlanmaq lazımdı".

Mirbağırağa

 

Xəbər xətti