Tərlan Əhmədovun baş məşqçi postuna gəlişindən sonra "Kəpəz"dən göndəriləcəyi xəbərləri dolaşan Elvin Yunuszadə Sportal.az saytına açıqlama verib.
Müdafiəçi Gəncə klubunun yeni baş məşqçisi barədə danışıb:
"Düzdü, mən də bu cür xəbərlər oxumuşam. Amma bunlar doğru deyil. Tərlan Əhmədovu uşaqlıqdan tanıyıram. Uzun illər "Neftçi"də birlikdə işləmişik. Həm məşqçi, həm də insan kimi ona yaxşı bələdəm. Dinində, imanında olan insandı. Ona böyük qardaş kimi də hörmətim var. Əhmədovun hamı ilə çox mehriban münasibəti var. Hətta məşqçi kimi işləməyəndə də belə olub. Tərlan müəllimin öz tələbləri var, intizama sahibdi. Bu da hər bir futbolçu üçün keçərlidi. Hər məşqçinin də öz oyun taktikası olur. Buna da uyğun gələn və gəlməyən futbolçular var. Məncə, bunu başqa yerə yozmağa ehtiyac ehtiyac yoxdu".
Elvin Yunuszadə "Neftçi", "Simurq", "Qarabağ", "Sabah", "Səbail" klublarında oynadıqdan sonra bu yay "Kəpəz"lə anlaşmışdı.
Mirbağırağa