"Mahirin "Qarabağ"a qayıdacağı təqdirdə, hansı rolu oynayacağı ancaq Qurban Qurbanova məlum idi"

17:12 - 13 Sentyabr 2022

Azərbaycan millisinin sabiq üzvü Vyaçeslav Lıçkin Sportal.az saytına açıqlama verib.

Karyerası ərzində üç fərqli ölkədə legioner həyatı yaşamış yığmamızın veteran futbolçusu Mahir Emrelinin “Dinamo”dakı durumuna şərh verib. O, millimizin üzvünün Zaqreb klubunda az-az oynaması haqda belə danışıb:

"Mahir "Dinamo"nun futbolçusudu və oyunlarda meydana çıxır. Onun bir müddət əvvəl "Qarabağ"a icarəyə verilmək ehtimalının olması barədə xəbərdar idim. Bu komandaya gəlsəydi, daha yaxşı olardı, ya yox buna şərh verə bilmərəm. Çünki Azərbaycan çempionatının səviyyəsini dəyərləndirmək üçün gərək bütün oyunları izləyəsən. Mən isə çox oyuna baxmamışam, sadəcə nəticələrlə maraqlanıram, ara-sıra izləyirəm matçları.
Doğrudu, “Qarabağ” hazırda Premyer Liqanın ən güclüsüdü. "Qarabağ"a qayıdacağı təqdirdə, hansı rolu oynayacağı ancaq Qurban Qurbanova məlum idi.

Bir məsələdə var ki, Mahir özü Azərbaycana qayıtmağı nə qədər çox istəyirdi? Hər halda o, hazırda “Dinamo”nun futbolçusudu və oyunlarda da oynayır. Düzdü, Çempionlar Liqasının ilk turunda oynamadı. Amma inanıram ki, növbəti turlarda Mahir də meydana çıxacaq. Qoy müqavilənin sonuna qədər oynasın, daha sonra necə olacağını zaman göstərəcək”.

Xəbər xətti