Azərbaycan millisində oynamış Elnur Cəfərov bu mövsümə də birinci divizionda başlayacaq.
Sportal.az saytına verilən məlumata görə, yarımmüdafiəçi yüksək liqada çıxış edən bir neçə komanda ilə danışıq aparsa da, sonluq müsbət nəticələnməyib.
Futbolçu onun xidmətində maraqlı olan "Qaradağ Lökbatan"la müqavilə imzalayıb. O, ötən mövsüm çempionluq yaşadığı komanda ilə altı aylıq müqaviləyə qol çəkib.
“Xəzər Lənkəran” yetirməsi olan Elnur “Tondela”, “Duqopolye”, “Neftçi”, “Keşlə”(indiki “Şamaxı”), “Sumqayıt”da oynayıb.