Avropa Liqasının ikinci turunun "Qarabağ" - "Nant" matçından öncə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında iştirak edib.
Sportal.az xəbər verir ki, 50 yaşlı mütəxəssis sabah Fransa təmsilçisinə qarşı keçiriləcək görüş haqda fikirlərini bildirib:
- Mənim üçün danışmaq asan olmayan gündü. Nə qədər şəhidimiz var. Çox qızğın döyüşlər gedir, Allah şəhidlərimizə rəhmət etsin. Gələnə qədər məlumatlarla maraqlanırdım, oxuyurdum. Əfsuslar olsunki, gənc uşaqlarımız canından keçib. Oyuna gədikdə, rəqibi yaxından tanımışıq. Çox da fikir bildirmək istəmirəm.
- Sizcə, "Nant"a qarşı hansı mövqelərdə diqqətli olmalısız? Güclü tərəfləri hansıdı?
- Qrupumuzda ən baxımlı futbol oyanayn komandadı. Aqressiv oynayırlar. Fərdi qaydada ustalığı yüksək olan oyunçuları var. Çox komplektləşmiş komandadı. Bu komandaya qarşı biz ancaq yaxşı futbol oynamalıyıq. Onlardan çəkinməməliyik. Çox hücum etməyi xoşlayan komandadı. Bunu nəzərə alaraq mütləq qaydada rəqibin üzərinə getməliyik, çox aktiv olmalıyıq. Bu rəqibə qarşı qapansaq, bundan istifadə edərlər. Bəzi risklərə getməliyik.
- Sabah oyunöncəsi şəhidləri bir dəqiqəlik sükutla yad etmək üçün UEFA-ya müraciət etmisiz?
- Bəli, bildirilib. Klub tərəfindən müraciət edilib. Nə cavab gələcək, bunu sabah biləcəyik.
- "Sabah"la ağır matçdan sonra son durum necədi?
- "Sabah"la oyundan sonra kimlərin zədəli olduğunu demişdim. Maksim, Rahil, Medina zədəli idi. Bədavinin durumu tam dəqiq deyildi. Ümumi durum pis deyil. Oyuna hazır olmaq ehtimalı çoxdu. Dünən komanda ilə məşq etdi. Amma ehtiyatla, tam maksimum məşq etmirdi. Bu gün tam komanda ilə məşq etməlidi. Ümumi durumuna baxacağıq. Oynamaq ehtimalı çoxdu. Amma tam əmin olmalıyıq ki, qərar verək. Qalanları da bildiklərinizdi.
- Şəhid məqamı "Qarabağ"ın işini daha da çətinləşədirəcək? Belə vəiyyətdə futbol ikinci plana keçir...
- İnanın ki, mən burada olandan bu gərginlik, məsuliyyət həmişə var. Çünki, biz həmişə futbolçularımıza hansı komandanı təmsil etdikləri barədə məlumat veririk. Onların yadına salınır bu barədə. Legionerlərə də bu barədə məlumat verilir. Bu məsələ son vaxtlar daha da gərginləşib. 3-4 ildə dəfələrlə yaşanıb bu hallar. Şükürlər olsun ki, torpaqlarımız geri qayıdıb. Hər dəfə nə qədər torpaqlarımız qayıdıb desək də, ürək yarası həmişə qalacaq. Dünəndən şəhid ailələrimiz barəsində oxuyuram. 2-3 yaşında övladı olan var, atasız qalıblar...Çox ağırdı. Bu, bizim işimizdi. İşimiz nə qədər ağır olsa da, çalışacağıq ki, komandanı oyuna tam düzgün hazırlayaq. Asan olmayacaq. Sabaha qədər vaxtımız var, danışacağıq futbolçularla.
- "Nant"ın 9 oyunda cəmi 2 qələbəsi var. Görünən odur ki, hücumda yaxşı olsalar da, müdafiədə problemləri var...
- Komanda ilə rəqibin oyunu analiz edəndə statistikanı bildirdim. Dedim ki, onlar bu cür oyunla daha artığına layiqdilər. Keçən il də boşuna Fransa Kubokunu əldə etməyiblər. Ola bilər ki, mövsümün əvvəlində hansısa çatışmazlıqları var. İnanın ki, bu, özünü sığortalamaq deyil. Sadəcə olaraq, "Nant"ın çox yaxşı müdafi, orta xətti və hücum xətti var. Təcrübəli oyunçuları, soyuqqanlı futbolçular var. Meydanda nə etmək lazım olduğunu yaxşı başa düşürlər. Müdafiədəki problemlərinə gəlincə, çox da bunu şişirtmək istəmirəm. Çünki, bütün komandalarda hansısa zəif nöqtə olur. Sadəcə olaraq, ola bilər hansısa oyunlarda bəzən yorğunluq olur. Bunları da yaxşı başa düşürəm. Biz də 3-4 gündən bir oyuna ikinci heyəti buraxırıq. Amma böyük liqalarda bu, bağışlanmır. Çünki, o cür liqalarda komandaların potensialı yüksəkdi. "Nant" yaxşı komandadı.
- Sizin üçün "Nant"ın ən önəmli oyunçusu kimdi?
- Hamısını sayardım. Amma Blas daha yaxşı oyunçudu.
Mirbağırağa
saytlarin hazirlanmasi