Avropa Liqasının ikinci turunun "Qarabağ" - "Nant" matçından öncə Ağdam klubunun futbolçusu Kadi Borges mətbuat konfransında iştirak edib.
Sportal.az xəbər verir ki, braziliyalı futbolçu Fransa təmsilçisinə qarşı keçiriləcək görüş haqda fikirlərini bildirib:
- İlk növbədə cəbhədə həyatı itirənlərin ailələrinə başsağlığı verirəm. Bilirəm, nə qədər çətin dönəmdi ölkə üçün. Rəhmətə gedənlərin ailə üzvlərinin yanında olub, onları qucaqlamaq istəyərdim. Bununla onlara öz dəstəyimi göstərərdim. Aydın məsələdir ki, bizi çətin oyun gözləyir, çətin rəqibdi. Rəqabətli oyun olacaq. "Nant"ı məşqçi heyətimiz analiz edib, rəqib haqda yetəri qədər məlumat almışıq. Ümud edirəm ki, azarkeşlər üçün yaxşı tamaşa olacaq, stadiona gələnlər oyundan zövq alacaq. Əlimizdən gələni edəcəyik ki, yekunda qalib gələn tərəf biz olaq.
- Son iki gündə ölkədəki fərqli atmosferi, ab-havanı hiss edirsiz?
- Təbii ki, biz mətbuatı, sosial medianı izləyirik. Ölkədə baş verənlərlə bağlı əlumat alırıq. Küçəyə çıxırıq, insanlarla rastlaşırıq. Onlar da öz kədərlərini, fikirlərini bizə bildirirlər. Ailə üzvlərini itirənlər də qəhrəmandılar. Bu cür çətinliklə baş-başa qalmaq asan deyil. Onlar öz kədərlərini bizə bildirirlər. Biz də meydandakı oyunla onlara dəstək olmaq istəyirik.
- "Nant" barədə fikrin necədi?
- Çətin rəqibdi. Bu gün bir daha məşqçi heyəti ilə analiz edəcəyik "Nant"ı. Rəqib haqda ətraflı məlumatımız olacaq. Onları necə məğlub etmək olar? Çəkinmədən, qorxmadan, həmişə etdiklərimizi reallaşdırmaqla. Rəqibin üzərinə getməklə. Bizə xas oyunu göstərməklə "Nant"ı məğlub edə bilərik.
Mirbağırağa
saytlarin hazirlanmasi