Sloveniya çempionu ilə müqavilə imzalayan litvalı: "Azərbaycanın bir neçə klubundan təklifim var idi"

15:22 - 14 Sentyabr 2022

"Səbail"dən ayrılaraq Sloveniyanın "Mura" klubuna keçən Domantas Şimkus Sportal.az saytına açıqlama verib.

Sloveniya çempionu ilə müqavilə imzalamış litvalı futbolçu ölkəmizdə qalmaması haqda danışıb:

"Azərbaycanda karyeramı bitirdikən sonra Avropanın bir neçə ölkəsindən təklifim var idi. "Mura" kimi komanda ilə müqavilə imzaladığıma görə şadam. Belə alındı ki, "Səbail"lə yollarımızı ayırdıq. Bu kluba, orada işləyənlərə və azarkeşlərə təşəkkür edirəm. Əslində, Azərbaycanın bir neçə klubundan təklifim var idi. Amma mən Avropaya yollanmaq niyyətindəydim. Lakin Azərbaycandakı vaxtlarımı da bəyənmişdim".

Litva millisinin üzvü Sloveniyada oynasa da, Azərbaycan çempionatının və xüsusilə də "Qarabağ"ın oyunlarını izlədiyini bildirib: "Düzdü, vaxtım çox olmur. Amma imkan olduqca matçları izləyirəm. Xüsusilə də "Qarabağ"ın avrokuboklardakı oyunlarına baxıram. Məncə, bu mövsüm də Azərbaycan Premyer Liqası maraqlı alınacaq".

Xəbər xətti