APOEL-dən ayrılan gürcü Azərbaycan Premyer Liqasında çıxış edə bilər

15:53 - 14 Sentyabr 2022

Gürcüstan millisinin üzvü Tornike Okriaşvili Azərbaycan Premyer Liqasında çıxış edə bilər.

Sportal.az saytına verilən məlumata görə, gürcü futbolçu Azərbaycan Premyer Liqasında yarışan iki iddialı klubun transfer siyahısında yer alıb. Adı gizli saxlanılan iki klubdan hansı 30 yaşlı futbolçunun maddi istəyini qarşılasa, onun ölkəmizə gəlməsi mümkündü.

Son olaraq Kiprdə APOEL forması geyinmiş gürcü futbolçu bundan əvvəl “Qaqra”, “Şaxtyor”(Donetsk), “İlyiçevets”, “Çernomorets”, “Genk”, “Eskişehirspor”, “Krasnodar”, “Anortosis” klublarında çıxış edib. Okriaşvili Gürcüstan millisində 46 oyun keçirib 12 qol vurub.

Xəbər xətti