Azərbaycan Premyer Liqasında oynamış fransızlardan olan Nikolas Raysel Sportal.az saytına açıqlama verib.
PSJ yetirməsi, “Qəbələ” və “Səbail”də çıxış etmiş yarımmüdafiəçi Avropa Liqasının ikinci turunun “Qarabağ” – “Nant” oyunu barədə danışıb.
Hazırda Belçikada “Dender” klubunda forma geyinən 29 yaşlı futbolçu Ağdam klubunun sabah sürpriz edə biləcəyini bildirib:
"Sabah çox maraqlı oyunun şahidi olacağıq. "Nant" yaxşı komandadı. Onlar yüksək pressinqlə baxımlı futbol oynamağa çalışırlar. "Qarabağ"ın da oyun üslubu eynidi. Məncə, Bakıda "Nant" üçün çox çətin olacaq. Çünki Azərbaycanda oynamaq heç vaxt xarici komandalar üçün asan olmayıb. Sözsüz ki, maraqlı görüş olacaq. "Qarabağ" "Nant"la oyuna yüksək motivasiya ilə çıxacaq. Onlar sürpriz edə bilərlər".
Mirbağırağa
saytlarin hazirlanmasi