Fransa mətbuatı bu gün Avropa Liqasının G qrupunda keçiriləcək "Qarabağ" – "Nant" oyunu barədə yazı dərc edib.
Sportal.az xəbər verir ki, "MadeInFOOT" portalı komandaların oyun sxemi və start heyətləri ilə bağlı proqnozlarını verib.
Fransalı həmkarların fikrincə, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov 4-2-2-1 oyun sxemini seçəcək. Onlar Ağdam klubunun meydana aşağıdakı “onbirlik”lə çıxacağını ehtimal edib: "Şahruddin Məhəmmədəliyev, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Marko Veşoviç, Toral Bayramov, Qara Qarayev, Marko Yankoviç, Kadi, Ramil Şeydayev, Abdulla Zubir, Ovusu”.
Adıçəkilən portal “Nant”ın baş məşqçisi Antuan Kombuarenin isə 4-3-3 sxeminə sadiq qalacağını və aşağıdakı start heyətinə üstünlük verəcəyini iddia edib: "Alban Lafont, Fabio, Jan-Şarl Kastelletto, Nikola Pallua, Kenten Merlen, Mussa Sissoko, Samuel Mutussami, Pedro Çirivelya, Ludovik Blas, Mostafa Mohamed, Mouzes Sayman".
Mirbağırağa