"Qarabağ"ın keçmiş futbolçusu Hüseyn İsgəngərov Sportal.az saytına açıqlama verib.
Veteran futbolçu Ağdam təmsilçisinin Avropa Liqası qrup mərhələsinin ikinci turunda Fransanın "Nant" klubu ilə keçirəcəyi oyunu dəyərləndirib:
"Qarabağ"dan hamı kimi mən də qələbə gözləyirəm. Məncə komanda istədiyi nəticəni qazanacaq. Əgər "Qarabag" "Frayburq"la matçın ikinci hissəsindəki kimi oynasa, qələbə qazana bilər.
Allah şəhidlərimizə rəhmət eləsin, ailələrinə səbr versin. Bu, Azərbaycan xalqına pis təsir edir. İnanıram ki, "Qarabağ" ikiqat əzmkarlıq göstərib qalib gələr. Ağdam təmsilçisi "Frayburq"la matça pis başlasa da, sonradan oyuna nəzarəti əla aldı. İmkanlardan istifadə etsəydilər, nəticə fərqli olardı. Azərbaycan "Qarabağ"dan qələbə gözləyir".