"Qarabağ" Avropa Liqası qrup mərhələsinin ikinci turunda Bakıda "Nant"ı 3:0 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, matçdan sonra Ağdam təmsilçisinin müdafiəçisi Bəhlul Mustafazadə jurnalistlərə açıqlama verib:
- Çətin oyun oldu. Belə çətin və önənli gündə qələbə qazandığımız üçün ikiqat xoşbəxtik. İddiamızı ortaya qoyduq. Növbəti oyunlara hazırlaşıb daha yüksək yerlər uğrunda mübarizə aparmağa çalışacağıq.
- Oyunda ən çətin nə idi?
- İlk hissənin əvvəlində bir az çətinlik çəkdik. Oyuna tam köklənə bilməmişdik. Sonradan toparlandıq və yaxşı oynayıb qollar vurduq.
- Bu qələbə "Olimpiakos"la oyunlar üçün mötivasiya oldu?
- Əlbəttə. 3 xalımız var. Bunu daha da artırıb qrupdan çıxmaq üçün çalışacağıq.
saytlarin hazirlanmasi