Azərbaycanlı futbolçu Ukraynanın əsas millisində oynaya bilər

12:54 - 17 Sentyabr 2022

Ukrayna Premyer Liqasının təmsilçisi “Minay”ın formasını geyinən Eldar Quliyev bu ölkənin U-21 yığmasına dəvət edilib.

Sportal.az saytına verilən məlumata görə, yarımmüdafiəçi əsas millidə də oynamaq şansına sahibdi. Belə ki, əslən azərbaycanlı olan Eldar Ukraynanın əsas millisinin baş məşqçisi Aleksandr Petrakovun siyahısındadadı.

Millinin baş məşqçisi Quliyevin bu mövsümkü çıxışını daha da yaxından izləyir və növbəti toplanışlara onu dəvət etmək haqda düşünür. Quliyev hazırda Ukraynanın U-21 yığmasının düşərgəsindədi. O, yığmanın Avropa çempionatının final mərhələsinə yollanmaq üçün oynayacağı Slovakiyaya qarşı pley-off görüşlərində komandaya kömək edəcək. 

​Eldar ilk dəfə bu il Ukrayna U-21 yığmasına dəvət edilib. Farer adaları ilə səfər görüşündə (0:4) debüt edən Eldar Ermənistanla (0:2) İrəvanda keçirilən matçda bir qol, bir assistlə oynamışdı.

Xəbər xətti