"Ararat"ın sabiq qapıçısının "Kəpəz"ə keçidi baş tutmaya bilər: Ermənistanda oynadığına görə, viza ala bilmir

14:04 - 19 Sentyabr 2022

"Kəpəz" serbiyalı qapıçı Stefan Çupiçi heyətinə qatmaq istəyir.

Sportal.az saytına verilən məlumata görə, Gəncə klubunun məşqçilər korpusunun Çupiçi gətirmək istəyi baş tutmaya bilər.

Buna səbəb isə serbiyalının viza almasının çətinə düşməsidi.

Belə ki, qolkiperin əvvəllər “Ararat Armenia”da oynaması Azərbaycana gəlişinə problem yaradıb.

Aldığımız məlumata görə, Çupiçin məhz Ermənistanda oynaması onun "Kəpəz"ə transferinin gerçəkləşməsinin qarşısını ala bilər. 

“OFK Beoqrad”, “Dorçol”, “OFK Baçka”, “Sarpsborq”, “Vozdovaç” klublarında çıxış etmiş 28 yaşlı qapıçı 2019-2021-ci illərdə “Ararat-Armenia”da çıxış edib. Onun son klubu isə Nikosiyanın “Olimpiakos” klubudu.

Xəbər xətti