Qara Qarayev: "Millidən kənarda qalmaq məni məyus edir"

16:10 - 19 Sentyabr 2022

Canni De Byazinin Azərbaycan milli komandasının UEFA Millətlər Liqasında Slovakiya və Qazaxıstanla oyunları üçün heyətə dəvət etmədiyi Qara Qarayev açıqlama verib.

 

Sportal.az xəbər verir ki, instaqram səhifəsində paylaşım edən "Qarabağ"ın 30 yaşlı yarımmüdafiəçisi yığmaya çağırılmadığı üçün məyus olduğunu bildirib:

 

"Milli komandaya dəvət almamağımla bağlı mənə çoxlu suallar ünvanlanır. Təbii ki, millidən kənarda qalmaq ilk növbədə vətənini sevən bir azərbaycanlı kimi, daha sonra futbolçu kimi məni məyus edir. Amma seçimlə bağlı qərarara hörmətlə yanaşıram. Hazırda özümü yaxşı hiss edirəm. Dəvət olunmamağım zədə ilə bağlı deyil. Tam səmimiyətimlə inanıram ki, milliyə dəvət alan hər kəs orada olmağa layiqdir. İnanıram ki, komanda yoldaşlarım qarşıdakı iki oyunda yaxşı çıxış edəcəklər və onların uğur qazanacağına əminəm. Millimizə uğurlar arzulayıram. Hər iki oyunda milli komandadan olan formamı geyib, komanda yoldaşlarıma mənəvi dəstək olacağam. “Qarabağ”a gəlincə isə 3 günlük istrahətdən sonra məşqləri bərpa edəcəyik. Bütün diqqətimi komandamın növbəti oyunlarına yönəldəcəm. Həm milli çempionatda, həm də avrokuboklarda uğurlu nəticə əldə etmək istəyirik. Sonda mənə dəstək olan və olmayan hər kəsə sonsuz təşəkkürlər!"

Xəbər xətti