"Real" yayda ingilis futbolçunu transfer edəcək

22:29 - 22 Sentyabr 2022

"Real" mövsüm sonunda heyətini ingilis futbolçu ilə gücləndirəcək.

Sportal.az  "El Chiringuito TV"yə istinadən xəbər verir ki, "kral klubu" "Borussiya"nın üzvü Cud Bellinqemi transfer etmək istəyir.

Futbolçu özü artıq "kral klubu"nun rəsmilərinə müsbət cavab verib. "Mançester Siti" yayda 19 yaşlı yarımmüdafiəçi üçün "Borussiya"ya təklif göndərib. Amma almanlar ona görə 150 milyon avro istədiyindən keçid baş tutmamışdı.

"Real"ın isə "Borussiya" ilə ilkin razılığa gəldiyi iddia edilir. 

Xəbər xətti