Bölgə klubunun ölkə kubokunda iştirak etməməsinin səbəbi bilindi

19:52 - 23 Sentyabr 2022

Azərbaycan birinci divizionunda çıxış edən “İmişli” ölkə kubokunda iştirak etməyəcək.

Bölgə klubunun turnirdən imtina etməsinin səbəbi heyətin kasad olması ilə bağlıdı.

Bunu Sportal.az saytına açıqlamasında komandanın baş məşqçisi Ruhid Usubov bildirib:

"Əslində ölkə kubokunda oynamaq istəyərdik. Amma biz yeni yığılmış komandayıq. Heyətimiz elə də geniş deyil. Daha geniş heyətimiz olsaydı, ölkə kubokunda iştirakımız mümkün idi. Amma indiki duruma görə, ən doğru seçimin bu olduğunu düşündük. Fikrimizi yalnız birinci divizion oyunlarına yönəltmişik. Allah qoysa, gələcək illərdə daha geniş heyətimiz olar və kubokda da iştirak edərik. Ölkə kubokunda yarışacaq bütün komandalara uğurlu arzu edirəm".

Xatırladaq ki, "İmişli" ilə yanaşı "Zaqatala" da ölkə kubokunda iştirak etməyəcək.

Mirbağırağa

 

Xəbər xətti