Aleksey Baqa ilə yollarını ayıran "Sumqayıt" baş məşqçi axtarışlarını sürətləndirib.
Mətbuatda yayılan xəbərlərə əsasən, "kimyaçılar" Kaxaber Sxadadze ilə anlaşıb.
Bu barədə Sportal.az-a açıqlama verən klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov bildirdi ki, bir neçə məşqçi ilə danışıqlar davam etdirilsə də, yekun qərar verilməyib:
"Aleksey Baqa ilə yollar ayrıldıqdan sonra dərhal baş məşqçi axtarışlarına çıxmışıq. Rəhbərlik iki əcnəbi və iki yerli mütəxəssislə danışıqlar aparır. Onlar arasında seçim edəcəyik. Namizədlərin adlarını çəkmək düzgün olmaz. Yaxın günlərdə rəsmi açıqlama veriləcək".
"Sumqayıt"ın daha çox üstünlüyü əcnəbi mütəxəssisə verəcəyi gözlənilir. Əsas namizədlər bizə yaxşı tanış olan, "İnter"in (hazırkı "Şamaxı") keçmiş baş məşqçiləri - Kaxaber Sxadadze və Yuri Maksimovdur.
Mirbağırağa