Maqomed Adiyev: "Sabah asan oyun olmayacaq"

17:18 - 24 Sentyabr 2022

Qazaxıstan milli komandası UEFA Millətlər Liqası qrup mərhələsinin son turunda sabah Azərbaycanın qonağı olacaq. 


Sportal.az xəbər verir ki, matçdan öncə keçirilən mətbuat konfransında baş məşqçisi müdafiəçisi Maqomed Adiyev ajurnalistlərin suallarını cavablandırıb:

 

- Bakıda olduğumuza görə şadıq. Pozitiv şəkildə hazırlaşırıq. Turnirdəki məqsədə çatdıq. Amma biz milli komandayıq, ona görə həmişə layiqli şəkildə mübarizə aparmalıyıq. Rəqibin potensialını bilirik. Heyətində keyfiyyərli futboIçuları var. Sabah asan oyun olmayacaq. Asan olmayan matçda axarı öz xeyrimizə dəyişmək istəyirik.

 

- Sabah gənc oyunçuIarın debüt etmək şansı nə qədərdi? 

- Sabah Şatskiy oynayacaq. Hamının şansı var. Bu, ilk dəqiqələrdən olmasa da. Məşqdən sonra kimin oynayacağına qərar verəcəyik.

 

- Qrupdakı qələbələrinizin sirri nədədi? 

- Hər bir komandanın eniş və yüksəlişi olur. Öz gücümüzü göstərib birinci olduq. Baş verənlər bizi sevindirir. Hamı bizə dəstəkdi. Əsas nailiyyətimiz odur ki, biz birik.

 

- Azərbaycan altı ildir ki, Qazaxstanı məğlub edə bilmir. Sabah komanda revanş almağa çalışacaq. Bu haqda nə düşünürsüz? 

- Belə də olmalıdı həmişə. Başqa cür düşünmək pisdi. Biz də hazırıq. Sabah meydanda qarşılaşacağıq və bütün suallara aydınlıq gələcək.

 

- İlk oyunda Azərbaycana qalib gəldikdən sonra bu komandada hansı dəyişiklikləri gördünüz? 

- Slovakiyaya qarşı oyunu gördüm. Nəticə ilə yanaşı oyunu da qeyd etmək olar. Çətin komandanız var. Dəyişikliklər hiss edilir.

 

- İlk oyundan sonra demişdiz ki, De Byazi çox danışır, işləmək lazımdı. Qorxmursuz ki, sabah bunun acısını çəkəsiz?

- Mən belə kobud deməmişəm. Demişəm ki, çox işləməliyik. Mən başqa komandanın futbolçuları haqda məsləhət bilmirəm. Ö işim var. Cənab De Byazi tərəfindən oyundan qabaq və sora hörmətsizlik gördüm mətbuat konfranslarında. Heç vaxt konfranslarda rəqibin oyununu təhlil etmirəm. Oyundan sonra baş məşqçinizə bunu çatdırmaq istəyirdim.

 

Mirbağırağa

Xəbər xətti