Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında 6-cı turun oyununa çıxıb.
Sportal.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan yığmamız son turda Qazaxıstanla qarşılaşıb. "Dalğa Arena"da keçirilən görüş millimizin qələbəsi ilə başa çatıb. Qələbə sayəsində yığmamız qrupu ikinci pillədə başa vurub.
Millətlər Liqası
C liqası
3-cü qrup
25 sentyabr
Azərbaycan – Qazaxıstan 3:0
Qollar: Maroçkin 68 (avtoqol), Ozobiç 74, Anatoli Nuriyev 90+1
Qırmızı vərəqə: Alip, 35
Baş hakim: Harm Osmers
Bakı. “Dalğa Arena”
Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev 3. Elvin Cəfərquliyev (17. Toral Bayramov 57), 4. Bəhlul Mustafazadə, 6. Höccət Haqverdi, 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov, 11. Ramil Şeydayev (20. Musa Qurbanlı 46), 14. Eddi İsrafilov (22. Aleksey İsayev 46), 15. Bədavi Hüseynov, 19. Filip Ozobiç (Anatoli Nuriyev 88), 21. Ozan Can Kökcü (10. Mahir Emreli 46)
Qazaxıstan: 12. İqor Şatski, 3. Nuralı Alip, 5. İslambek Kuat (k), 6. Abılayxan Jumabek (2. Sergey Malıy 39), 7. Aslan Darabayev, 10. Elxan Astanov (Abat Aymbetov 67), 13. Baqdat Kairov, 18. Timur Dosmaqambetov (Yan Voroqvoski 67), 20. Ramazan Orazov (Samat Jarınbetov 80), 21. Marat Bıstrov, 22. Aleksandr Maroçkin