Bu gün Azərbaycan millisi Millətlər Liqasının 6-cı turunda Qazaxıstanı qəbul edəcək.
Sportal.az xəbər verir ki, millimiz qazaxlarla indiyə qədər 10 oyunda üz-üzə gəlib və bu görüşlərin yalnız ikisində qalib gəlməyi bacarıb. Beş görüşdə isə Qazaxıstan yığmasının üstünlüyü var.
Maraqlıdır ki, millimiz son dəfə 2011-ci ildə rəqibini doğma divarlar qəbul edib. Halbuki bundan sonra millimiz ev sahibi kimi Antalyada rəqibi ilə qarşılaşmışdı.
AVRO-2012-nin seçmə mərhələsi zamanı həmin vaxtı Berti Foqtsun rəhbərlik etdiyi kollektiv Tofiq Bəhramov stadionunda qazaxları 3:2 məğlub etmişdi. Maraqlıdır ki, həmin gün meydana çıxmış azərbaycanlı və qazaxıstanlı futbolçulardan heç biri indi millidə oynamır.
Azərbaycan – Qazaxıstan 3:2
Qollar: Rauf Əliyev 53, Mahir şükürov 62 (p), Vaqif Cavadov 67 – Ostapenko 20, Yevstiqnyev 77
Xatırladaq ki, millimiz qrup oyunlarının yekun nəticəsinə görə 6 komandanın yer aldığı qrupda yalnız Qazaxıstanı qabaqlayaraq 7 xalla beşinci olub. İlk iki pilləni isə Almaniya və Türkiyə yığmaları tutmuşdu.
Mirbağırağa