"Ximki"nin qolkiperi Vitali Qudiyev Azərbaycan millisinə cəlb edilə bilər.
Sportal.az saytına verilən məlumata görə, qolkiper barədə baş məşqçi Canni De Byaziyə məlumat verilib.
Məsələ burasındadır ki, onun atası Kazimir Qudiyev vaxtı ilə Azərbaycan milisinin qapısını qoruyub. Vitalinin atası qolkiperin millimizdə oynamaq şansı barədə bunları deyib:
"Onunla bütün məsələləri müzakirə edirik. Hər zaman ona öz fikrimi bildirirəm. Ancaq nəticədə son qərarı özü verir. Vitali Azərbaycan millisindən dəvət alarsa, mənim fikrim müsbət olardı. Lakin bayaq dediyim kimi, son qərar onun özünə aiddi. Ancaq o, hazırda çempionatda deyil, yeni və maraqlı formatda keçirilən Rusiya kuboku oyunlarında iştirak edir. Bütün diqqətini klubdakı çıxışına yönəldib. Məqsəd ölkə çempionatının oyunlarına əsas qapıçı kimi çıxmaqdı. Vitalinin indi düşündüyü ilk məsələ budur. Ona görə də qərar təbii ki, onundur".
1995-ci ildə Vladiqafqazda doğulmuş Vitali “Alaniya”, “Axmat” klublarında oynadıqdan sonra 2022-ci ildə “Ximki”yə keçib.
Mirbağırağa