Maqomed Adıyev: "Çox zəif oynadıq"

22:15 - 25 Sentyabr 2022

Millətlər Liqasının 6-cı turunun Azərbaycan - Qazaxıstan matçından sonra qonaq komandanın baş məşqçisi Maqomed Adıyev mətbuat konfransında iştirak edib.

 

Sportal.az xəbər verir ki, o, komandasının məğlubiyyətini şərh edib:

 

- Dünən demişdiniz ki, Canni De Byazi ağzının danışığını bilsin. İndi ona hansı məsləhəti görərdiniz?

- Siz bu məsələdə çox dərinə gedirsiz. De Byazi və oyunçuları ilə şəxsi-qərəzliyim yoxdu. Mən öz komandamın baş məşqçisiyəm. Mənim sizin və ya digər komanda haqda fikirlərim olmayıb. Olmayacaq da. Nə olubsa, geridə qalıb. Canni De Byazi ilə bu haqda danışmışıq. Qalib gəldilər, afərin. Siz öz yolunuza gedirsiniz, biz də öz yolumuza. Azərbaycan və Canni De Byazi ilə bağlı narazılığım yoxdu. 

 

- Bu matçda nələr çatışmadı ki, uduzdunuz? Qrupdakı durumla bağlı nə deyəcəksiniz?

- Paltardəyişmə otağında da dedim, indi də deyəcəm. Futbolçulara bildirdim ki, çox yüklənmə var. Onları bərpa etmək çətindi. Məşqçi kimi oyunçuları, istiqaməti dəyişməyə cəhd etdim. Bu oyunda çox zəif oynadıq. Məqsədə çatdıqdan sonra çətin olur.

 

- Tsikli necə dəyərləndirirsiniz? Sizcə, gələcək üçün nəyin üzərində işləmək lazımdı?

- Bugünkü məğlubiyyət də təcrübədi. Düşünməli olduğumuz məsələlər var. Analizlər etməliyik ki, millimiz inkişafda olsun. Tutduğumuz mövqedən razıyıq. Futbolçuların etdikləri isə milli üçün böyük addımdı. Hər zaman məğlub olanda səbəb axtarırıq. Qarşıda çox yolumuz var, başqa matçları düşünməliyik.

 

- Sizə elə gəlmir ki, rəqiblərimiz sizi yetəri qədər dəyərləndirmədi və buna görə bəxtiniz gətirdi?

- Əlbəttə ki, belədi (gülür).

 

Mirbağırağa

Xəbər xətti