Braziliyalı futbolçu "Everton"u ərəb klubuna dəyişdi

14:39 - 26 Sentyabr 2022

"Everton"un futbolçusu Allan karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək.

Sportal.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi "Əl Vahda" klubuna keçib. Bu barədə BƏƏ təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Onunla 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Allan "Everton"a 2020-ci ilin yayında "Napoli"dən transfer olmuşdu. Braziliyalı oyunçu Premyer Liqa klubunun heyətində meydana çıxdığı 57 matçda 3 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti