Aleksey Baqa ilə yollarını ayıran "Sumqayıt" Samir Abasovla rəsmi müqavilə imzalayıb.
Sportal.az saytına daxil olan məlumata görə, baş məşqçi postuna ən real namizəd Kaxaber Sxadadze olub.
Əldə edilən məlumata görə, klub rəhbərliyi gürcü mütəxəssisi ölkəmizə geri qaytarmağa israrlı imiş.
Hətta Sxadadze ilə maddi məsələlərdə də narazılıq yaranmayıb.
"Sumqayıt" rəhbərliyi təcrübəli məşqçiyə istədiyi məbləği təklif edib.
Onun geri qayıtmaması maddi məsələlərlə bağlı olmayıb. Məsələ burasındadır ki, komandanın hazırki durumu, aktivində cəmi üç xalın olması ilə yanaşı heyəti də özünün komplektləşdirmədiyinə görə, gürcü mütəxəsissi "kimyaçılar"ın təklifindən imtina etməli olub.