Azərbaycan milli komandasının veteran müdafiəçisi İlham Yadullayev Sportal.az saytına açıqlama verib.
Uzun illər yığma komandamızın şərəfini qorumuş Yadullayev millinin Millətlər Liqasının son turunda Qazaxıstana qalib gəlməsini şərh edib:
"Qazaxıstanla matçda millimizdən qələbə gözləyirdik. Onsuzda, millidən həmişə gözlənilən yalnız qələbədi. Çox sevindirici haldır ki, milli ardıcıl üç görüşdə qalib gələ bildi. Yığma yaxşı futbol oynadı və layiqli qələbə qazandı. Milliyə cəlb olunan futbolçuların çoxu "Qarabağ"ı təmsil edir. Şəxsi fikrim belədir ki, "Qarabağ"da yaxşı performans göstərməkləri Azərbaycan millisinə də xeyir verir. "Sabah" və "Neftçi"dən milliyə gələnlər də yaxşı formadadı. Millinin nəticəsi də göz qabağındadı. Ümidvaram ki, hər şey daha da yaxşı olacaq. Millimizin daim qələbələr qazanması hamımızı sevindirir".