"El-Klassiko"nun başlama saatı dəqiqləşdi

22:33 - 26 Sentyabr 2022

2022/2023 mövsümündə ilk "El-Klassiko"nun başlama saatı dəqiqləşib.

Sportal.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, İspaniya Primerosunun 9-cu turunda keçiriləcək görüş oktyabrın 16-da Bakı vaxtı ilə 18:15-də start götürəcək.

Görüş "Santyaqo Bernabeu" stadionunda oynanılacaq.

İspaniya çempionatının 6 turundan sonra "Real" 18 xalla liderdi, "Barselona" isə 16 xalla ikinci pillədədi. 

Xəbər xətti