Bundesliqanın lideri baş məşqçinin müqaviləsini uzatdı

18:50 - 28 Sentyabr 2022

Almaniyanın "Yunion Berlin" klubu baş məşqçi Urs Fişerlə yola davam etmək qərarı verib.

 

Sportal.az xəbər verir ki, Bundesliqa təmsilçisi isveçrəli mütəxəssisin müqaviləsinin müddətini uzadıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

Berlin klubu 56 yaşlı məşqçi ilə imzalanan müqavilənin müddəti barədə məlumat verməyib.

 

Qeyd edək ki, Urs Fişer 2018-ci ilin yayından "Yunion Berlin"i çalışdırır. Komanda hazırda 7 turdan sonra 17 xal toplayıb və Almaniya çempionatının zirvəsində qərarlaşıb.

Xəbər xətti