"Başakşehir"də Mesut şoku: 3 ay oynamayacaq

22:37 - 28 Sentyabr 2022

Türkiyənin "Başakşehir" klubunun heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin futbolçusu Mesut Özil zədələnib. Bu barədə klubun prezidenti Göksel Gümüşdağ məlumat verib.

 

Belində zədə olan 34 yaşlı yarımmüdafiəçi əməliyyat olunacaq. Almaniya millisinin keçmiş üzvünün 3 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

 

Qeyd edək ki, Mesut Özil "Başakşehir"ə yay transfer pəncərəsi zamanı keçib. Təcrübəli oyunçu Super Liqa klubunun heyətində 4 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti