"Azərbaycan xalqı millinin baxımlı oyun göstərib, uğurlu nəticə qazanmasını istəyir"

19:46 - 29 Sentyabr 2022

"Azərbaycan milli komandasının son üç görüşdə qalib gəlməsi hamı kimi məni də sevindirir. Belarus, Slovakiya və Qazaxıstan da yaxşı komandalardı. Prinsipcə, bu oyunlardan sonra millidə hər şey yaxşı görünür. Azərbaycan xalqı millinin baxımlı oyun göstərib, qollar vurmasını, uğurlu nəticə qazanmasını istəyir. Qazaxıstanla görüşdə milli həqiqətən baxımlı futbol oynadı. Ümidvaram ki, hər şey yaxşı olacaq".

Bu sözləri Sportal.az saytına açıqlamasında Branimir Subaşiç deyib.

Azərbaycan milli komandasının veteran serbiyalı forvard Canni De Byazinin postunda qalmalı olub-olmadığı barədə də fikirlərini söyləyib:

"Canni De Byazinin postunda qalıb-qalmaması bizdən asılı olan məsələ deyil. Buna AFFA qərar verəcək. Oktyabrın 1-də De Byazinin baş məşqçi postunda qalacaq, yoxsa başqa məşqçinin gələcəyi dəqiqləşəcək. Nə qalıb ki? Sadəcə olaraq, gözləmək lazımdı. İki gün sonra hər şeyi dəqiq biləcəyik".

Mirbağırağa

 

Xəbər xətti