"Regekampfın Rumıniya millisinə baş məşqçi təyin olunacağını düşünmürəm"

12:43 - 30 Sentyabr 2022

Azərbaycanda oynamış rumıniyalılardan olan, hazırda Rumıniyanın "Voluntari" klubunda məşqçi kimi çalışan Adrian Yordaşe Sportal.az saytına açıqlama verib.

O, "Neftçi"nin baş məşqçisi Laurentsiu Reqekampfin Rumıniya millisinə 5 namizəd baş məşqçi arasında adının olmasına münasibət bildirib.

Yordaşenin fikrincə, bu, baş tutmayacaq: "Əslində, Laurentsiu Regekampf yaxşı məşqçidi. Amma o, Rumıniya millisinə gəlməyəcək. Bir müddət əvvəl Rumıniyada problem yaşayıb. Keçmiş xanımı ilə arasında mübahisə yaşanmışdı. Digər tərəfdən isə, məncə, ümumiyyətlə Rumıniya millisində baş məşqçi dəyişikliyi olmayacaq. Federasiya elə hazırkı baş məşqçi ilə yoluna davam edəcək. Ona görə də Regekampfın "Neftçi"də qalıb işləyəcəyini, milliyə baş məşqçi təyin olunmayacağını düşünmürəm".

Yordaşe 2010-2011-ci illərdə "Xəzər Lənkəran"da oynayıb.

Mirbağırağa

Xəbər xətti