"Turan Tovuz"un qapıçısı Tərlan Əhmədli Sportal.az saytına açıqlama verib.
Qərb klubunun qolkiperi Premyer Liqanın 8-ci turunun "Zirə" ilə görüşü barədə danışıb.
Əhmədli bu gün keçiriləcək oyun haqda bunları deyib:
"Yaxşı komandaya qarşı oynayacağıq. Ağır oyun olacağını düşünürəm. Baş məşqçimizin verdiyi tapşırıqları yerinə yetirib istədiyimizi nəticəni qazanmağa çalışacağıq. Doğrudu, hazırda 10 xalımız var. Lakin biz hər oyuna xal və ya xallar üçün oynayırıq.
Mövsümün əvvəlidi və qarşıda hələ çox oyun var. "Zirə" yaxşı komandadı. Öz azarkeşlərimiz qarşısında oynayacağıq. Onların da oyuna yaxşı hazırlaşdığını düşünürəm. Qalib gələrək azarkeşlərimizi sevindirmək niyyətindəyik".