Bu gün Azərbaycan Premyer Liqasında 8-ci tura yekun vurulacaq.
Sportal.az xəbər verir ki, turun son oyun günündə iki qarşılaşma baş tutacaq.
Günün ilk görüşü Şamaxıda keçiriləcək. Burada rayonun eyniadlı komandası "Sabah"ı qəbul edəcək. Qarşılaşma saat 15:30-da start götürəcək.
Turun son oyununda "Sumqayıt" doğma meydanda "Kəpəz"i qəbul edəcək. 7 turdan sonra 3 xal toplayan komandaların görüşü saat 18:00-da start götürəcək.
Azərbaycan Premyer Liqası
VIII tur
2 oktyabr
15:30 "Şamaxı" – "Sabah" 0:1
Qol: Abdulaye Ba, 90+1
Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Vüsal Məmmədov, Emin Əliyev
Hakim-inspektor: Babək Quliyev
Şamaxı şəhər stadionu
18:00 "Sumqayıt" – "Kəpəz" 0:0
Hakimlər: Kamal Umudlu, Pərvin Talıbov, Müslüm Əliyev, Əli Əliyev
Hakim-inspektor: Gülağa Cabarov
Sumqayıt şəhər stadionu