"Qarabağ"ın futbolçusu Marko Yankoviç Avropa Liqasının G qrupunun 3-cü turunda Yunanıstanın “Olimpiakos” klubuna qarşı ilə keçiriləcək matçını buraxa bilər.
Sportal.az xəbər verir ki, yarımmüdafiəçi Monteneqro millisinin düşərgəsində zədələnib.
Premyer Liqanın 8-ci turunun “Neftçi” ilə oyundan öncə yarımmüdafiəçinin vəziyyəti daha da gərginləşib.
Buna görə də, Yankoviçin “Olimpiakos”a qarşı oynayıb-oynamayacağı dəqiqləşməyib.
“Olimpiakos" - "Qarabağ" oyunu oktyabrın 6-da Pireydəki Georgios Karaiskakis stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.