Premyer Liqanın 8-ci turunun "Şamaxı"- "Sabah" (0:1) matçından sonra keçirilən mətbuat konfransında ev sahiblərinin baş məşqçisi Vüqar Əsgərli iştirak etməyib.
Sportal.az saytına açıqlama verən gənc mütəxəssis bunun səhhəti ilə bağlı olduğunu bildirib. O, son dəqiqələrdə buraxılan qolun da burada "önəmli" olduğunu söyləyib:
"Oyundan sonra özümü yaxşı hiss etmirdim. Çox narahat idim. Başım çox ağrayırdı. Hamısı əsəb və stressin nəticəsidi. Həkimimiz də dərman vermişdi. Fikirləşdim ki, konfransa gecikərəm. Ona görə də Cavid Hüseynov getdi konfransa. "Sabah"a qarşı matç dinamik keçdi, hər iki komanda qol epizodu yaratmağı bacardı. Matçın ədalətli nəticəsi bərabərlik idi. Gün ərzində də bir az narahatçılığım var idi. Təbii ki, son dəqiqələrdə buraxdığımız qol da təsir etdi. Hamısı üst-üstə gəldi deyə, belə oldu".
Mirbağırağa