"De Byaziyə dedim ki, həftə ərzində bir taktika üzərində işləyirik, eksperiment aparırmış kimi, oyuna 1-2 gün qalmış onu dəyişirsən"

20:18 - 3 Oktyabr 2022

"Oyunların birindən sonra Canni De Byazi ilə elə matçı müzakirə edirdik. De Byaziyə dedim ki, həftə ərzində bir taktika üzərində işləyirik, eksperiment aparırmış kimi, oyuna 1-2 gün qalmış onu dəyişirsən. Oyunçular da hara qaçacağını, hara açılacağını bilmir. Çünki əziyyət çəkən bizik. Yəni, aramızda xoş olmayan söhbətlər yaşandı".

Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın kapitanı Maksim Medvedev İTV-də yayımlanan "Bol İdman" verilişində deyib.

Təcrübəli futbolçu bir müddət əvvəl Qara Qarayevlə Canni De Byazi arasında yaşanan problemə də münasibət bildirib: "Hər kəs özünə görə haqlıdı. Amma məncə, burada məsələ Qaranın boyunun kiçik olması ilə bağlı deyil. Nə oldu, indiyə qədər millidə Eddi də var idi, amma oynayan Qara idi. Eddi oynamağa başladı, Qaranın boyunun kiçik olduğunu bildirirsən?".

Maksim Azərbaycan millisinə öz namizədinin sabiq komanda yoldaşı, hazırda "Zirə"nin çalışdırıcısı Rəşad Sadıqov olduğunu da deyib

"Milli komandamızın baş məşqçi postuna ən yaxın namizəd Rəşad Sadıqovdu. Onu baş məşqçi postuna təyin edib, öz komandasını qurmaq üçün 3-4 il də vaxt versələr..Ondan sonra nəticənin necə olacağını görərik".


Mirbağırağa

 

Xəbər xətti