Bu gün Avropa Liqasında qrup mərhələsinin üçüncü turunun matçları oynanılıb.
Sportal.az xəbər verir ki, Avropadakı yeganə təmsilçimiz olan "Qarabağ" "Olimpiakos" önünə çıxıb. "Georgios Karaiskakis" stadionunda keçirilən matç "Qarabağ"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Avropa Liqası
Qrup mərhələsi, III tur
G qrupu
6 oktyabr
“Olimpiakos” (Yunanıstan) - “Qarabağ” (Azərbaycan) 0:3
Qollar: Ovusu, 68, Veşoviç 82, Ramil Şeydayev 86
Baş hakim: İrfan Pelto (Bosniya və Herseqovina)
Pirey. "Georgios Karaiskakis" stadionu
"Olimpiakos": 88. Kostas Tzolakis, 26. Qonsalo Avila, 2. Şimo Vrsaliko, 66. Pape Abu Sisse (28. Valbuena 83), 45. Oleq Reabçuk, 8. Pyerr Kunde (33. Hvanq 74) 5. Andreas Buxalakis (k) (12. Marselo 60), 6. Yans Mvila, 77. Qarri Rodriqes (19. Masuras, 60), 18. Hvanq Ui-co (47. Kamara 74), 21. Pep Byel
Baş məşqçi: Miçel Qonsales
"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 29. Marko Veşoviç (30. Abbas Hüseynov 90+1), 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov, 44. Elvin Cəfərquliyev, (27. Toral Bayramov 46) 7. Riçard Almeyda (6. Julio Romao 65), 2. Qara Qarayev (k), 20. Kadi Borges, 15. Leandro Andrade (77. Ramil Şeydayev, 65), 10. Abdullah Zubir, 11. Kvabena Ovusu (19. Filip ozobiç 90+1)
Baş məşqçi: Qurban Qurbanov