Azərbaycanlı hakimlərə təyinat

15:25 - 6 Oktyabr 2022

FIFA referilərimiz UEFA-dan təyinat alıblar.

Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, FIFA referisi Rauf Cabarov və FIFA referi köməkçisi Namiq Hüseynov 17 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin 7-ci qrupunda keçiriləcək oyunlara təyinat alıblar.

İsveç, Xorvatiya, Uels və Albaniya komandalarının mübarizə aparacağı bu qrupun oyunları oktyabrın 20-dən 26-dək Xorvatiyada təşkil ediləcək.

 

Xəbər xətti