Yunanıstanda "Qarabağ" azarkeşlərinə hücum: Polis müdaxilə etdi - VİDEO

22:43 - 6 Oktyabr 2022

"Qarabağ" Avropa Liqası qrup mərhələsinin üçüncü turunun oyununda səfərdə "Olimpiakosu"un qonağıdır.

 

Sportal.az xəbər verir ki, Pirey təmsilçisinin fanatları “Qarabağ”ın azarkeşlərinə hücum çəkib. Yerli polisin müdaxiləsindən sonra onların təhlükəsizliyi təmin oluna bilib.

 

Polislər gözyaşardıcı qazdan istifadə edib. “Qarabağ” klubunun müdaxiləsindən sonra azarkeşlər daha təhlükəsiz sektora yerləşdirilib.

 

Video linkdə - https://t.me/sportalaz/5378

Xəbər xətti